31 Oktyabr 2022 10:17
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı Rusiya Federasiyasının “taxıl müqaviləsi”ndən çıxdığını elan etdikdən sonra Qara dənizdə Ukrayna taxılı olan 14 gəminin hərəkəti ilə bağlı razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

“Ukrayna, Türkiyə və BMT-nin nümayəndə heyətləri oktyabrın 31-də humanitar dəniz dəhlizi boyunca 12 çıxış və 2 giriş olmaqla 14 gəminin hərəkət planı üzrə razılığa gəliblər. Prosedurlara uyğun olaraq, bütün iştirakçılar Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün öz hərbi və digər aidiyyəti qurumları ilə işlərini əlaqələndirirlər”, - bildirilir.

Qeyd olunur ki, BMT və Türkiyə Qara dənizdən gələcək 40 gəminin yoxlanılması üçün də personal təmin edəcək.

Qeyd edək ki, oktyabrın 29-da Rusiya Ukrayna taxılının ixracına dair “taxıl sazişi”ndən çıxdığını elan edib.


Müəllif: Nemət