3 Noyabr 2022 10:37
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-la F-16 hərbi təyyarələrinin tədarükü ilə bağlı danışıqlar davam edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar məlumat verib.

“Dörd görüş keçirmişik, indiyədək baş tutan təmaslarda bizə dəstək olduqlarını bildiriblər. Konqres məsələsi də var. Nümayəndə heyətimiz daim ABŞ-da müxtəlif təmaslardadır. Problemləri aradan qaldıracaqlarını deyirlər. Bu davam edən bir prosesdir.

Bu, yalnız Türkiyə üçün vacib deyil, NATO da güclü olmalıdır. Son dərəcə vacib bir nöqtədə olan müttəfiq hər cəhətdən güclü olmalıdır. F-16 yeganə həll yolu deyil”, - nazir söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər