İsveçrə Federal Şurası Ukraynanın enerji infrastrukturunun təmiri planının həyata keçirilməsi üçün 100 milyon dollar ayırmağa qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında dərc olunmuş məlumatda deyilir.
Məlumata görə, iclas zamanı Federal Şura yaxınlaşan qışın Ukrayna əhalisi üçün fəsadlarını yumşaltmaq üçün tədbirlər planı barədə qərar qəbul edib.
İsveçrənin Ukraynanın enerji infrastrukturunun təcili təmiri layihələrini maliyyələşdirəcəyi dəqiqləşdirilir.
Bəyanatda həmçinin deyilir ki, konfederasiya Ukraynanın enerji şirkətlərinə enerji mənbələri almaqda kömək edəcək, relslərin bərkidilməsi sistemlərinin təmirinə töhfə verəcək və humanitar yardım göstərəcək.
Bundan əlavə, İsveçrə hakimiyyəti Ukraynaya generatorlar, nasoslar və ya su təmizləyici qurğuların mümkün tədarükü məsələsini öyrənir.