4 Noyabr 2022 12:38
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezident seçkisinə hazırlaşır. Seçkilər noyabrın 20-də keçiriləcək. Namizədlərin sayı artsa da, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin prezident seçilməsi şansları yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, Tokayevin yanvar hadisələrindən sonra Qazaxıstanda mövqeləri güclənib:

“Tokayev keçmiş prezident Nursultan Nazarbayevin himasəyindən çıxıb, müstəqil daxili-xarici siyasət yürüdür. Paytaxtın adı yenidən Astana olub. Tokayev Astanada bir neçə önəmli beynəlxalq toplantı keçirib. O, Qazaxıstanın hərbi doktirnasını da dəyişdirib. Yeni düzəlişə görə, Qazaxıstanda daxili münaqişələr zamanı Milli Qvardiyanın gücündən də istifadə oluna bilər.

Tokayev ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır. Rusiya rəsmilərinin və diplomatlarının Qazaxıstanın ərazi bütövlüyü əleyhinə verdikləri açıqlamalar Astanada narazılıqla qarşılanır. Qazaxıstanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, ilhaqı tanımaması Kremlin xoşuna gəlmir. Astana Türkiyə və türk dünyası ilə əməkdaşlığın geninləşməsinə üstünlük verir. Astana Ankara ilə birgə hərbi-sənaye kompleksini inkişaf etdirməkdə qərarlıdır”.

Mərkəzin ekspertləri deyirlər ki, Qazaxıstanda marağı olan ölkələrdən biri də Çindir:

“Pekin Kremlin strateji tərəfdaşı olsa da, Qazaxıstanın ərazi bütövlüyünə dəstək verir. Çin lideri Si Cinpin Qazaxıstana səfəri zamanı qonşu ölkənin ərazi bütövlüyünə dəstəyini davam etdirdiyini bildirdi. Bu, Pekinin Moskvaya mesajı idi ki, Çin Rusiyanın Qazaxıstana qarşı ərazi iddialarını qəbul etmir. Çin Rusiya və Qazaxıstanla birgə Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarının hərəkətə gətirilməsini istəyir.

Buna baxmayaraq, Pekin uyğur fəalların Qazaxıstanda sığınacaq tapmalarından narahatdır. Qazaxıstan uyğurların Çində izləşdikləri repressiyalardan qaçdıqları ölkələrdən biridir. Uyğurlar ara-sıra Çinin Qazaxıstandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirirlər. Ancaq Astana Çin əleyhinə böyük etirazlara imkan vermir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər