Nigeriyalı kişi eyni vaxtda əkiz bacı ilə evlənib və dəbdəbəli toy mərasimi təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Gh Page” nəşri məlumat yayıb.
Toy mərasimindən görüntülər internetdə yer alıb. Əkiz bacılar bəyin sağında və solunda əyləşib.
Sosial şəbəkə istifadəçiləri fotolara mənfi reaksiya veriblər.
İstifadəçilərdən biri qeyd edib ki, iki bacı ilə evlənən kişi iyrənc hərəkət edib. O, ya hər iki qadını, ya da onlardan birini boşamağa borcludur.