13 Noyabr 2022 10:09
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Konqresinə aralıq seçkilərin nəticələrinə görə, Demokratlar Partiyasının nümayəndələri qarşıdakı iki il ərzində Senatda çoxluqlarını qoruyacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Publika.az CNN-ə istinadən yazır.

İndiki vəziyyətə görə, Konqresin Yuxarı Palatasında ümumi 100 yerdən 50-nə Demokratlar, 49-a isə Respublikaçılar sahibdirlər.

Konqresin Aşağı Palatasında Respublikaçılar 435 yerdən 211-nə, Demokratlar isə 204-nə sahibdirlər.

CNN qeyd edir ki, Senata nəzarəti saxlamaq prezident Co Bayden üçün Ağ Evdəki ilk müddətinin qalan 2 ili ərzində böyük təkandır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər