Kanada Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo İndoneziyada keçirilən G20 sammitində bildirib.
“Bu əlavə hərbi yardım Vladimir Putinin işğalına qarşı cəsarətlə vuruşan ukraynalıları dəstəkləyəcək, eyni zamanda müharibə əməllərini dəstəkləyənlər üzərində əlavə təzyiq yaradacaq”, - deyə Trüdo bildirib.
Kanada federal hökuməti hərbi yardımın müşahidə və kommunikasiya avadanlıqlarına, yanacaq və tibbi vasitələrə sərf ediləcəyini bəyan edib.
Baş nazir Trüdo, bundan başqa Kanadanın daha 23 rusiyalını sanskiyalar siyahısına əlavə etdiyini açıqlayıb.
Kanada bu vaxtadək Ukraynaya 3,4 milyard dollar həcmində yardım edildiyini bəyan edib.