“Müharibə açıq-aşkar bir uduş və ya itki vəziyyəti deyil. Məncə, müharibələrdə hər iki tərəf uduzur, ancaq dəyəri, biri ilə müharibəyə getməyi ciddi hesablamaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın keçmiş Baş Qərargah rəisi Evangelos Apostolakis Türkiyə haqqında danışarkən deyib.
Apostolakis Türkiyənin ABŞ-dan F-16 alması üçün uyğun bir zəmin yaratmağa çalışdığını iddia edib: "Bunun nə vaxt olacağını bilmirəm, amma gec ya da tez F-16 alacaqlar.
Onun fikrincə, Yunanıstanın Egeydəki ərazi sularını 12 milə qədər genişləndirmək istəyi Türkiyə ilə müzakirə edilməlidir: "Egeydə ərazi suları 12 milə qədər artırılarsa, dəniz nəqliyyat sahəsi daralacaq".
Apostolakis qeyd edib ki, dəniz nəqliyyatının sərbəst davamlılığını və Yunanıstanın ərazi suları ilə bağlı suveren hüquqlarını təmin etmək üçün bu vəziyyətin nəzərə alınmalıdır: “Bütün bunlar üçün irəli sürülən və qiymətləndirilən təkliflər, planlar, tezislər var. Biz özbaşına qərarlar verib icra edə bilmərik”.