İran Kürdüstanı Demokratik Partiyasının (İKDP) İraqın şimalındakı qüvvələrinə raket və Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücum edildiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Ərbilin Köysancak rayonundakı İKDP qərargahı raketlə, Süleymaniyyənin Zirguez rayonundakı Komele mərkəzi isə pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.
İraq Kürd Regional Rəhbərliyinin (İKRG) terrorla mübarizə birliyi qeyd edib ki, İran İnqilab Keşikçiləri Ordusu Şərqi Kürdüstan partiyalarının Kürdüstan bölgəsindəki qərargahlarını bombalayıb.
Açıqlamada hücumların vurduğu zərərin hələlik məlum olmadığı da bildirilib.