Kəşfiyyat hesabatına görə, İmran Xana qarşı yenidən sui-qəsd təşkil oluna bilər.
Teleqraf.com xəbər verir ki, noyabrın 3-də ayağından güllə yarası alan Xan sağaldıqca ikinci sui-qəsd cəhdi qorxusu artır.
İslamabad Ali Məhkəməsinin sədri Əmir Faruk deyib ki, Xanın həyatı üçün təhlükənin bu aspektini araşdırmaq hökumət və dövlətin məsuliyyətidir.
Faruk bu sözləri məhkəmədə həmkarlar ittifaqının ölkənin paytaxtında siyasi etirazlar zamanı yolların bağlanması ilə bağlı müraciətini müzakirə edərkən deyib.
Pakistan Ədalət Hərəkatının (Pakistan Tahrik-i İnsaf/PTI) yürüşündə Xanın tərəfdarlarından biri öldürülüb, ondan çoxu isə yaralanıb.
Cümə günü polis bir kəşfiyyat hesabatı təqdim edib, hesabata görə, Xanın yenidən yürüşə qatıldığı zaman ona qarşı daha bir hücum ola bilər.