İranın Mərivan şəhərində "İslam İnqilabı Keşikçiləri Korpusu"na (SEPAH) bağlı “Bəsic” qruplaşmasının 1 üzvü silahlı hücum nəticəsində həyatını itirib.
Teleqraf.com xəbər verir ki, Əli Fəttahi adlı “Bəsic” üzvü Kürdüstan əyalətinin Mərivan şəhərində molla rejimi əleyhdarlarının hücumuna məruz qalıb.
Fəttahinin kimliyi hələlik müəyyən edilməyən bir şəxs tərəfindən evinin qarşısında güllələndiyi, hadisə ilə bağlı araşdırma başlanıldığı bildirilib.
İran mətbuatının məlumatına görə, 22 yaşlı Məhsa Əmininin qətlindən sonra ölkədə molla rejimi əleyhinə başlayan nümayişlərdə 60-a yaxın təhlükəsizlik əməkdaşı həyatını itirib.