13 Dekabr 2014 10:46
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə işləməyə gedənlərin 55%-də narkotik asılılığı müəyyən edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Taylandın Məşğulluq Xidməti məlumat yayıb.

Məşğulluq xidməti xarici ölkələrdə işləməyə gedən vətəndaşlarla bağlı apardığı araşdırma nəticəsində, İsrailə gedən 27 min nəfərin 15 mininin narotikdən asılı olduğunu müəyyən edib.

Açıqlamada xarici ölkələrdə işləyənlərin gələcəyindən narahatlıq ifadə edilib. Çünki ailələrinə dəstək olmaq üçün xarici ölkələrdə işləyən Tayland vətəndaşları bütün maaşlarını narkotikə verir.

Yeni qərara görə, İsraildən gələnlər müayinə ediləcək, narkotikdən istifadə edənlərin bir də həmin ölkəyə qayıtmasına icazə verilməyəcək.

Qeyd edək ki, İsraildə narkotik qaçaqmalçılığına görə cəzalar yüngüldür, ən sərt cəza 6 ay azadlıqdan məhrumetmədir. Cəzanın sərt olmaması ölkədə narkotik istifadəçilərinin sayının artmasına səbəb kimi göstərilir.


Müəllif:

Oxşar xəbərlər