Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib.
Teleqraf.com xəbər verir ki, Qırğızıstan vətəndaşı havaya üç xəbərdarlıq atəşi açıb.
Bu barədə “İnterfaks” Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tacikistan vətəndaşları Somonien (Tacikistan- Red) kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə onlar arasında dava düşüb.