7 Dekabr 2022 21:43
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu bir sutka ərzində Rusiya hərbçilərinin və texnikasının cəmləşdiyi məntəqələrə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukraynanın raket və artilleriya bölmələri üç komanda məntəqəsini, iki şəxsi heyətin cəmləşdiyi ərazini, bir artilleriya cəmləşdiyi ərazini və işğalçıların iki silah-sursat anbarını vurub.

Baş Qərargah əlavə edib ki, Ukrayna əsgərləri "Şahid-136" tipli hücum PUA-nı da vurub.


Müəllif: Teleqraf.com