“ABŞ Ukraynaya lazım olduğu qədər dəstək verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
Nazir Rusiya nefti üçün tavan qiymət tətbiqi məsələsinə də toxunub: “Bu təcrübə indiyə qədər müsbət istiqamətdə irəliləyir”.
ABŞ Prezidenti Co Bayden də Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında oxşar mesajlar verib: “ABŞ təhlükəsizlik, maliyyə və humanitar yardımı davam etdirəcək”.
Qeyd edək ki, ABŞ Ukraynaya 38 milyard dollar hərbi yardım ayırdığı halda, bunun 13 milyard dollarını həyata keçirib.