Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Afina rahat durmasa, vurarıq" - bəyanatına ABŞ reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın bu açıqlamaları ABŞ Dövlət Departamentinin gündəlik mətbuat konfransında da gündəm olub.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, belə açıqlamalara görə təəssüflənirlər:
“Təəssüf edirik ki, birlik və əməkdaşlığa ən çox ehtiyac duyduğumuz bir vaxtda, xüsusən də NATO müttəfiqlərimiz arasında belə açıqlamalar səsləndirilir. İstəyirik ki, bütün müttəfiqlərimiz təhdidləri və təxribatçı bəyanatları tez bir zamanda dayandırsınlar. Gərginliyin bu şəkildə artması bizi NATO-nun üzləşdiyi Rusiya təhlükəsinə qarşı birləşmək məqsədimizdən yayındırır”.