Bu gün Ermənistan hökumətinin yeddi üzvü Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün Tehranda olacaqlar.
Trend xəbər verir ki, bu barədə “Mediamaks” İranın “Tasnim” agentliyinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, komissiyanın işində Ermənistanın energetika və təbii sərvətlər, maliyyə, nəqliyyat, xarici işlər, kənd təsərrüfatı, şəhərsalma və səhiyyə nazirləri iştirak edəcəklər.
Bu ilin oktyabrında Ermənistanın Baş naziri Ovik Abramyan Tehrana səfər edib.