İraqın Kərkük vilayətinin şimalında terrorçular tərəfindən bir neçə polis maşınının marşrutu boyunca yerləşdirilmiş bombanın partlaması nəticəsində ölkənin federal polisinin 8 əməkdaşı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Rudaw" televiziya kanalı xəbər verib.
Hüquq-mühafizə orqanlarının nümayəndələrinin verdiyi məlumata əsasən, ölənlər arasında Daxili İşlər Nazirliyinin qüvvələrinin zabiti də var.
Polis əməkdaşları "İslam Dövləti" terror qruplaşmasının silahlıları tərəfindən pusquya salınıb.