Rusiya artıq Ukraynada 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bəyan edib.
“Bu gün, demək olar ki, 9 ay ərzində Rusiya Ukraynada artıq 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib”, - hesabatda deyilir.
Baş Qərargahın məlumatına görə, son sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası rus ordusunun şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.
Həmçinin, rusların Forpost tipli PUA-nı və daha iki Lancet-3 tipli təyyarəsini vurub.
“Ukraynalı raket və artilleriyaçılar eyni vaxtda üç komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurublar”, - Baş Qərargah əlavə edib.
Baş Qərargah Rusiyanın Ukraynada dekabrın 21-nə olan itkilərinin demək olar ki, 100 min nəfər həddinə çatdığını bildirib. Qeyd olunub ki, fevralın 24-də Ukrayna döyüşçüləri 99 740-a yaxın işğalçını məhv edib.
Bundan başqa müharibə dövründə Rusiyanın 3002 tankı, 5979 zirehli döyüş maşını, 1972 artilleriya sistemi, 412 MLRS, 212 hava hücumundan müdafiə sistemi və 282 təyyarəsi məhv edilib.