26 Dekabr 2022 10:43
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinin 71 hərbi təyyarəsi və 7 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Çinə məxsus pilotsuz uçan aparatların (PUA) da ada ətrafında uçuşlar həyata keçirdiyi bildirilib.

Təyyarə və PUA-ların Tayvanın “Hava Hücumundan Müdafiə Zonası” elan etdiyi ərazinin cənub-qərbinə uçduğu deyilib.

Açıqlamada hava və dəniz vasitələrinin elektron vasitələr, patrul təyyarələri, raket sistemləri və gəmilər tərəfindən izləndiyi qeyd edilib.

Uçuşlar və digər hərbi fəaliyyətlər Çin ordusunun dünən Tayvan və ABŞ arasında artan gizli yaxınlaşmaya cavab olaraq ada ətrafında hərbi təlimlər keçirdiyi barədə məlumat verməsindən sonra baş verib.

Çin Xalq Azadlıq Ordusundan verilən açıqlamada da hərbi təlimlərin bu məqsədlə keçirildiyi təsdiqlənib.


Müəllif: Mənsur Rəğbətoğlu