27 Dekabr 2022 21:57
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin işdən çıxarılan vitse-spikerlərindən biri Eva Kaylinin də aralarında olduğu yüksək səviyyəli şəxslərin rüşvət alması iddiası ilə başlayan istintaq dərinləşir.

Teleqraf.com xəbər verir ki, Avropa mediası mövzu ilə bağlı yeni məlumatlara çatıb.

İtaliyanın “La Repubblica” qəzeti Antonio Panzeri və Kaylinin sevgilisi Françesko Corcinin çamadanlarla pul daşıdığını iddia edən görüntüləri paylaşıb. Həbsdə olan Kayli isə günahsız olduğunu iddia etmişdi.

Görüntülərdə Kaylinin 20 aylıq uşağı arabada Corcinin yanında əks olunub.

Panzeri və Corcinin Brüsselin ən dəbdəbəli otelinə boş çamadanlarla daxil olduğu bildirilib.

Belçika Prokurorluğu bildirib ki, onlar oteldən çıxarkən çamadanlar pulla dolu olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər