Çin Kamboca, Vyetnam, Myanma, Tailand və Laosa infrastrukturun yaxşılaşdırılması və yoxsulluq ilə mübarizə üçün 3 mlrd dollar maliyyə yardımı təklif edib.
Teleqraf.com-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, yardım infrastruktur üçün 1 mlrd dollar, yoxsulluq ilə mübarizə üçün 490 mln dollar və Çinin ixrac potensialının istehsalı üçün 1,6 mlrd dollar vəsaitin ayrılmasını nəzərdə tutur.
Xatırladaq ki, Çin hökuməti 2011-ci ildə Myanmada zəlzələnin fəsadlarının aradan qaldırılması və bərpa işləri üçün 500 min dollar ayırıb.