3 Fevral 2023 23:57
2 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı model Kapris Bure Rusiyanın Ukraynaya qarşı müharibəsini ilk günlərindən pisləyir.

Teleqraf.com xəbər verir ki, model dəfələrlə Rusiya Prezidenti Vladimir Putini qanı dayandırmağa çağırıb.

Çağırışlarının nəticəsiz qaldığını görən Kapris Rusiya liderinə başqa bir təklif verib. Model Putinə söz verib ki, müharibəni dayandırması üçün ona intim fotolar göndərəcək.

“Düşünürəm ki, Putinə məktub göndərərək, Ukraynadan çıxacağı təqdirdə çılpaq şəkillərimi ona verəcəyimi vəd edə bilərəm. Müharibəni dayandırsa, bunu edərəm”, - Kapris bildirib.

Model əlavə edib ki, Putinin artıq öldüyü barədə məlumat eşidib. Bu, onu qorxudur, çünki yerinə keçəcək şəxsin “daha pis” ola biləcəyini düşünür. Bununla belə, sağ olsa, öz lüt fotolarını ona göndərməyə hazır olduğunu deyib.

Karyerası ərzində Kapris Bure 250-dən çox jurnalın üz qabığında, o cümlədən “Vogue”, GQ, “Cosmopolitan”, “Esquire”, “Maxim”, FHM və “Sports Illustrated” kimi məşhur maqazin nəşrlərində çimərlik geyimi buraxılışlarında yer alıb. Bundan başqa, “News Of The World”, “Maxim”, GQ tərəfindən “İlin qadını” və “Dünyanın ən seksual qadını” adlandırılıb.

Karyerası ərzində çoxsaylı reklamlarda rol alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər