ABŞ və Kanadada yaşayan təxminən 100 milyon insan tarixi dərəcələrdə soyuq hava ilə üzləşib. Bazar ertəsindən bəri ABŞ-da 11 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, ABŞ Milli Hava Xidməti dondurucu havanın soyuq küləklər gətirdiyini açıqlayıb.
Kanadanın Manitoba əyalətindən ABŞ-ın Manie əyalətinə qədər olan kəmərdə yaşayan insanlar çöldə keçirdikləri vaxtı məhdudlaşdırmağa çağırılıb.
Ən aşağı temperatur rekordları ABŞ-ın 10 ştatında qırıldığı halda, ən azı 83 milyon insanın -17 dərəcəyə qədər düşə biləcək temperaturla qarşılaşacağı gözlənilir.
1971-ci ildən bəri rekord səviyyədə ən aşağı temperaturun olacağını proqnozlaşdırılır. Boston şəhərində havanın temperaturunun sıfırın altına düşəcəyi gözlənilsə də, şəhərdə məktəblər bağlanıb.
Kanadanın bəzi bölgələrində termometrlərin -38 ilə -50 dərəcəyə qədər düşəcəyi gözlənilir.
Texas, Arkanzas və Missisipi ştatlarında 309 mindən çox insan işıqsız qalıb.