5 Fevral 2023 08:29
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Pekin ABŞ-ın Çinə məxsus hava şarına hücumuna cavab vermək hüququnu özündə saxlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə fevralın 5-də Çinin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Çin ABŞ-ın mülki pilotsuz hava şarına hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin yoxlamadan sonra dəfələrlə Amerika tərəfinə hava şarının mülki istifadə üçün nəzərdə tutulduğunu və tamamilə təsadüfi olan fors-major vəziyyətə görə Birləşmiş Ştatların (hava məkanına - red.) daxil olması barədə məlumat verib”, - nazirliyin açıqlamasında deyilir.

Çin Xarici İşlər Nazirliyində qeyd edilib ki, hava şarı yerdəki insanlar üçün hərbi və fiziki təhlükə yaratmayıb. Bu fonda ABŞ-ın hərəkəti “beynəlxalq təcrübəni ciddi şəkildə pozan həddindən artıq reaksiya” göstərir.

Qeyd edək ki, ABŞ ötən gün öz hava məkanında Çinin hava şarını vurub. Pentaqon hava şarı vasitəsilə hərbi obyektlərin şəkillərinin çəkildiyini iddia edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər