6 Fevral 2023 17:05
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka Geologiya İnstitutu Türkiyədə baş verən zəlzələnin səbəb olduğu yeraltı təkanların Qrenlandiyada da qeydə alındığını bildirib.

Teleqraf.com xəbər verir ki, Türkiyədə zəlzələlərin çox şiddətli olduğunu qeyd edən institut yeraltı təkanların hətta Danimarka və Qrenlandiyada da hiss olunduğunu vurğulayıb.

Bu gün Kahramanmaraşda 7.7 - 7,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Hatay, Osmaniyə, Adıyaman, Kilis, Qaziantəp, Şanlıurfa, Diyarbəkir, Malatya, Adana, Elazığla yanaşı, Suriya, Kipr, İraq, Misir və Livanda da hiss olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər