İsveçdə Türkiyə və İslam əleyhinə son nümayişlər Ankara-Stokholm xəttində gərginliyi artırarkən, NATO-dan diqqətçəkən açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl İsveçin NATO üzvlüyünü müsbət qarşılamadığını bildirən Ankara Finlandiyanın bu yöndəki səylərinə daha mülayim yanaşdığını açıqlayıb.
Rusiyanın Ukraynaya davam edən hücumunun kölgəsində Finlandiyanın təkbaşına üzvlüyü gündəmdə olarkən, NATO baş katibinin müavini Mirça Ceoana bu gün yeni açıqlama verib.
“İsveç və Finlandiyanın NATO-ya üzv olmasının vaxtı çatıb. İki şimal ölkəsinin təhlükəsizliyi təhdid edilərkən NATO-nun hərəkətə keçməməsi qəbuledilməzdir”, - Ceona söyləyib.