Kanadanın Ukraynaya göndərdiyi ilk Leopard tankı artıq Polşaya gəlib.
Teleqraf.com xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Anita Anand açıqlayıb.
Kanada müdafiə naziri Anand deyib ki, Ukraynaya hədiyyə edilən ilk Kanada “Leopard 2” əsas döyüş tankı Polşaya çatıb:
“Müttəfiqlərimizlə yanaşı, biz yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinə bu texnikadan istifadəni öyrədəcəyik. Kanada Ukraynanı dəstəkləməyə davam edəcək”.