9 Fevral 2023 13:53
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hakimlər və Prokurorlar Şurası (HSK) zəlzələ bölgəsindəki əyalət və rayonlara yeni təyinatlar edib.

Teleqraf.com xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən açıqlamada nazirinin göstərişi ilə HSK tərəfindən zəlzələ bölgəsindəki vilayət və rayonlara təyin edilən prokurorların sayının digər vilayətlərdə çalışan prokurorların sayı ilə müqayisədə 206-ya çatdığı bildirilib.

Buna görə Kahramanmaraşda 53, Elbistanda 12, Göksunda 2, Hatayda 54, Hassada 5, İskenderunda 14, Kırıkhanda 5, Samandağda 2, Adıyamanda 52, Malatyada 2 prokuror fəaliyyətə başlayıb. 5 əlavə prokuror isə Osmaniyeyə göndərilib.


Müəllif: Nemət

Oxşar xəbərlər