9 Fevral 2023 16:22
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Brüsselə gedib.

Teleqraf.com xəbər verir ki, o, burada Avropa Parlamentində çıxış edəcək, Avropa İttifaqının dövlət və hökumət başçılarının sammitinə qatılacaq.

“Hörmətli Vladimir Zelenski, Ukraynanın mənsub olduğu Avropa ailəsinin ürəyi olan Brüsselə xoş gəlmisiniz. Birliyimizə gedən yolda Ukraynanı hər addımda dəstəkləyəcəyik”, - Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Tvitterdə yazıb.

Avropa İttifaqı şurasının prezidenti Şarl Mişel isə sosial şəbəkədə belə bir paylaşım edib: “Evinizə xoş gəlmisiniz, Avropa İttifaqına xoş gəlmisiniz, Vladimir Zelenski”.

Yeri gəlmişkən, Zelenski və Fransa Prezidenti Emmnanuel Makron Paris görüşündən sonra eyni təyyarə ilə Brüsselə yola düşüblər.


Müəllif: Mənsur Rəğbətoğlu