10 Fevral 2023 10:09
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi Meksika Senatının qondarma erməni soyqırımı qərarı ilə bağlı bəyanat verib.

Teleqraf.com xəbər verir ki, bəyanatda Senatın “soyqırımı”nın tanınması ilə əlaqəli qəbul etdiyi bədnam qətnamə “qəbuledilməz” adlandırılıb.

“Meksika Senatının 2023-cü il fevralın 8-də qəbul etdiyi və 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qətnamə tarixi siyasi motivlərlə yenidən yazmaq üçün etibarsız cəhddir. Biz bu qərarı rədd edir və qətiyyətlə pisləyirik. Nəzərinizə çatdırırıq ki, qanunverici orqanların tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur”, - nazirlik bildirib.

Bəyanatda qeyd olunub ki, sözügedən cəhd BMT-nin soyqırımının qarşısının alınması və cəzalandırılması haqqında konvensiyasını və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 1915-ci il hadisələri ilə əlaqədar qərarlarını açıq şəkildə pozur. Türkiyədə zəlzələ ilə əlaqədar axtarış-xilasetmə işlərinin aparıldığı dövrə təsadüf etməsinin təəssüf doğurduğu və bunun Türkiyə-Meksika dostluğu ilə bir araya sığmadığı da vurğulanıb.

“Biz Meksika Senatını tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə, bu yanlış addımı düzəltməyə dəvət edirik”, - bəyanatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu