Britaniya kəşfiyyatı Ukraynaya qarşı müharibədə Rusiya ordusu ilə bağlı iki təhlükəli məqama diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirib.
Kəşfiyyat qeyd edib ki, son günlər əldə olunan görüntülər Rusiyanın Zaporojye vilayətinin mərkəzi hissəsində, xüsusən də Tarasovka şəhəri yaxınlığında müdafiəni daha da gücləndirdiyini göstərir:
"Rusiya Vasilyevka və Orexov şəhərləri arasında müdafiə istehkamları qurub. Hazırda əməliyyatların əsasən Donbass bölgəsinə yönəlməsinə baxmayaraq, Rusiya genişlənmiş cəbhə xəttinin kənarlarında təhlükəsizliklə bağlı narahatlığını davam etdirir. Zaporojye və Luqansk vilayətlərində davam edən müdafiə istehkamlarının tikintisi və şəxsi heyətin yerləşdirilməsi bunu sübut edir. Rusiyanın Ukraynadakı cəbhə xətti təxminən 1288 km-dir. Zaporojye rayonunun işğal olunmuş hissəsində cəbhə xətti 192 km-ə qədər uzanır.
Ukraynanın Zaporojye bölgəsində böyük irəliləyişi Rusiyanın Rostov vilayəti ilə Krımı birləşdirən "quru körpüsünün" həyat qabiliyyətinə ciddi təhlükə yaradacaq. Ukrayna Luqansk bölgəsindəki uğuru ilə Rusiyanın əslində elan etmək istədiyi hədəfə yaxınlaşacaq".
Silahlı Qüvvələrinin Baş qərargahı bildirib ki, Ukraynada rus ordusunun itkiləri 139 minə yaxınlaşıb. Son 24 saat ərzində daha 560 rus hərbçi öldürülüb. Ukraynalı müdafiəçilər həmçinin 21 mindən çox texnikanı məhv ediblər.