15 Fevral 2023 13:55
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən həftə 30 ilə yaxındır bağlı olan Ermənistan-Türkiyə sərhədinin Adıyamaya gedən humanitar yardımla yüklənmiş erməni yük maşınları üçün açılmasını simvolik hesab edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Ankarada səfərdə olan Ermənistan xarici işlər naziri türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə deyib.

Birgə mətbuat konfransında çıxış edən erməni nazir bildirib:

“İlk növbədə Ermənistan adından dağıdıcı zəlzələdə həlak olan minlərlə insanın ailələrinə, Türkiyə xalqına və hökumətinə bir daha başsağlığı verir, hər kəsə şəfa diləyirəm.

Xalqımın tarixinin ən acı səhifələrindən biri də 1988-ci ildə Spitakda baş vermiş dağıdıcı zəlzələdir və bu gün Türkiyədə minlərlə ailəni ziyarət edən kədər bizə yad deyil. Oxşar təbii fəlakətlər və onların ölçüləri dövlətlərin hüdudlarını aşaraq ümumbəşəri faciələrə çevrilir. Dünya onlara qalib gəlmək üçün vahid cəbhə ilə hərəkət etməlidir. Hesab edirəm ki, planetin hər hansı bir yerində hər hansı humanitar böhran baş verərsə, beynəlxalq ictimaiyyət biganə qalmamalıdır. Məhz bu prinsip əsasında Ermənistan hökuməti fəlakətli zəlzələdən dərhal sonra Türkiyəyə xilasedicilər və humanitar yardım göndərmək qərarına gəlib”.

Mirzoyan sərhədin açılması məsələsinə də toxunub:

“Ötən həftə 30 ilə yaxındır bağlı olan Ermənistan-Türkiyə sərhədinin Adıyamaya gedən humanitar yardımla yüklənmiş erməni yük maşınları üçün açılmasını da simvolik hesab edirəm. Dünən gecə də eyni hadisə oldu və saatlar sonra daha bir humanitar yardım qrupu Adıyamana çatacaq.

Bu çətin anda Türkiyədə olmaqla, bir daha Ermənistanın regionda sülhün bərqərar olmasına, xüsusən də Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik münasibətlər qurmağa və Ermənistanla Türkiyə arasında sərhədi tam şəkildə açmağa hazır olduğunu və istəyini bir daha təsdiq etmək istəyirəm.

Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün biz bu proseslə bağlı müəyyən detalları müzakirə etdik, Ani körpüsünü birgə səylərlə təmir etmək, eləcə də sərhəd tam açılana qədər müvafiq infrastruktura əl gəzdirmək barədə razılaşmamız var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər