Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Teleqraf.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu, ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin apardığı monitorinq nəticəsində məlum olub.
Məlumata görə, 13 917 bina orta dərəcədə zədələnib.
Zəlzələ bölgələrində binalara dəyən zərərin qiymətləndirilməsi işləri davam edir.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.