21 Fevral 2023 10:31
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası ötən gün ərzində Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə, atəş mövqeyində olan zenit-raket kompleksinə 16 zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının “Facebook” sosial şəbəkəsində bildirilib.

Əlavə olunub ki, ukraynalı müdafiəçilər “Lancet” tipli dron vurublar:

“Son sutka ərzində raket və artilleriya bölmələri düşmənin iki hava hücumundan müdafiə mövqeyini və bir neçə reaktiv yaylım atəşi sistemlərinin batareyasını vurub”.

Eyni zamanda ruslar Ukraynanın üç regionunun - Donetsk, Zaporojye və Xerson vilayətlərinin mülki infrastrukturuna bir gündə altı raket zərbəsi endiriblər. Həmçinin, düşmən çoxsaylı buraxılış raket sistemlərindən 86 hücum həyata keçirib. Rus işğalçılarının atəşi nəticəsində mülki evlər, məktəblər, mağazalar dağıdılıb və ziyan dəyib. Ölənlər və yaralılar var.

Baş Qərargah qeyd edib ki, bütün Ukrayna ərazisində Rusiyanın növbəti hava və raket zərbələri təhlükəsi yüksək olaraq qalır.


Müəllif: Nemət

Oxşar xəbərlər