Çin Dövlət Başçısı Si Cinpin qarşıdakı aylarda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası bildirir.
ABŞ mətbuatı Si Çinpinin Rusiyaya gedəcəyini bildirib, lakin tarix hələ dəqiq deyil.
Görüşün Rusiyada İkinci Dünya Müharibəsində qələbənin ildönümümün qeyd olunduğu aprel və ya mayın əvvəlində baş tutacağı ehtimal olunur.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komissiyasının direktoru Vanq Yi Rusiyaya səfər edəcək.
Vanqın Moskva təmaslarında səfərin müzakirə ediləcəyi gözlənilir.