24 Fevral 2023 13:11
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) 13 noyabr 2022-ci ildə Taksimdə PYD/YPG adına bombalı hücumun planlaşdırılması və həyata keçirilməsində mühüm rol oynayan Halil Mencini Suriyada keçirdiyi xüsusi əməliyyatla zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, MİT 6 vətəndaşın şəhid olduğu, 81 nəfərin yaralandığı Taksim hücumunu törədənlərə rəhbərlik edən Halil Mencinin, Ahlam Əlbəşir Saleh və Bilal Həsənin xaricə qaçmasına Qamışlıdakı təşkilat tərəfindən köməklik etdiyini bildirmişdi.

Milli Kəşfiyyat Təşkilatının xüsusi əməliyyat qrupu tərəfindən diqqətlə təqib edilən Halil Menci Qamışlıda həyata keçirilən uğurlu nöqtə əməliyyatı ilə məhv edib.


Müəllif: Nemət

Oxşar xəbərlər