Ukrayna hərbçiləri qərargah təlimləri keçiriblər və bu təlimlər zamanı cəbhədə Silahlı Qüvvələrin gələcək əks-hücum əməliyyatını məşq ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazır.
ABŞ hərbi mənbələri nəşrə bildiriblər ki, təlim Almaniyanın Visbaden şəhərində yerləşən Amerika ordusunun Avropa və Afrika Komandanlığının qərargahında keçirilib. Təlimlərdə ABŞ-ın Ukraynaya yardım göstərmək səylərinə cavabdeh olan Prezident Co Baydenin ən yüksək rütbəli generalları iştirak edib.
Qərargah təlimləri çərçivəsində ukraynalı zabitlər gələcək əks-hücum (Rusiyaya qarşı) üçün ən uyğun strategiyanı hazırlamağa çalışıblar. Müxtəlif ssenarilər işlənib hazırlanıb.
Qəzet bildirir ki, Ukrayna rəsmiləri nəhayət hansı kursu izləyəcəklərinə qərar verəcəklər.
Məlumatda qeyd olunur ki, aparılan simulyasiyalardan birindən sonra NATO-nun Avropadakı qüvvələrinin komandanı general Kristofer Kavoli ukraynalıların situasiyaya fenomenal uyğunlaşma qabiliyyətini yüksək qiymətləndirib. O, həmçinin söz verib ki, amerikalılar Ukraynanın əks-hücumunun baş tutması üçün mümkün olan hər şeyi edəcəklər.