ABŞ-ın Ukraynaya növbəti hərbi yardımı ilə bağlı yeni detallar ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “China Daily” nəşrində geniş məqalə dərc olunub.
“Birləşmiş Ştatlar eyham vurur ki, onların yardımının həcmi əvvəlcədən təxmin edilib. Ukraynanın bu haqqı hansı anda ödəməyə başlaması Bayden administrasiyasının Kiyevlə bağlı məqsədlərinə nə vaxt nail olacağından asılıdır”, - materialda deyilir.
Məqalə müəllifi hesab edir ki, Birləşmiş Ştatlar Ukraynanın üzərinə həddən artıq çox məqsəd qoyub və buna görə də münaqişənin nə qədər davam edəcəyini və Vaşinqtonun nə vaxta kimi dəstək verəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinken ABŞ-ın Ukraynaya təxminən 400 milyon dollar məbləğində 33-cü hərbi yardım paketi ayırdığını açıqlamışdı. Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemi üçün döyüş sursatları, Bredli piyada döyüş sursatları daxildir. nəqliyyat vasitələri və ponton keçidləri daxildir.