6 Mart 2023 10:49
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Milli Konqresi ölkəyə qarşı güclənən təhdidlər qarşısında bu il hərbi xərcləri 7 faizdən çox artıracağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qısa zamanda hökuməti təhvil verməsi gözlənilən Baş nazir Li Keqianq konqresdəki çıxışında xarici qüvvələrin Çini sıxışdırmaq və nəzarət altına almaq cəhdlərinin artdığını bildirib.

“Silahlı qüvvələr hərbi və ümumi hazırlığı gücləndirməlidir”, - baş nazir deyib.

Tayvanla bağlı artan gərginliyə toxunan Li Çinin sülhü dəstəkləyəcklərini, eyni zamanda Tayvanın müstəqilliyinə qarşı çıxmaq üçün qəti addımlar atacaqlarını da bildirib.

Bundan əlavə, konqresdə ölkənin 2023-cü il üçün iqtisadi böyümə hədəfi 5 faiz olaraq açıqlanıb.

Pekinin 225 milyard dollarlıq hərbi büdcəsi ondan 4 dəfə böyük olan ABŞ hərbi büdcəsi ilə müqayisədə hələ də zəifdir.

ABŞ rəsmiləri Çinin yaxın illərdə Tayvanı işğal edə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Pekin hərbi təlimlərini davam etdirir.

Çin ABŞ-la getdikcə gərginləşən münasibətlər və 1961-ci ildən bəri əhalinin sayının ilk dəfə azalması da daxil olmaqla bəzi problemlərlə üzləşib. Aidiyyəti qurumla ölkədə doğuş nisbətini artırmaq üçün uşaq baxımı və təhsil xərclərini azaltmağı planlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər