11 Mart 2023 23:43
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayında Braziliyanın Amazon meşəsində 322 kvadrat kilometr ərazi meşəsizləşib.

Teleqraf.com xəbər verir ki, bunu Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutu (INPE) açıqlayıb.

Keçən ilin analoji dövründə 199 kvadrat kilometr meşə qırılıb ki, bu da cari ilin fevral ayı ilə müqayisədə 62 faiz artım deməkdir.

Meşələrin ən çox qırıldığı ştatlar 162 kvadrat kilometr ilə Mato Qrosso, 46 ​​kvadrat kilometr Para, 46 kvadrat kilometr Amazonas və 31 kvadrat kilometr Roraima olub.

Keçmiş dövlət başçısı Jair Bolsonaronun hakimiyyəti dövründə 13.000 kvadrat kilometr meşə qırılıb.

Qeyri-qanuni ağac kəsmə, mədənçilik fəaliyyəti və fermerlərin böyük torpaq sahələrini genişləndirmək səyləri səbəbindən Amazonda meşələrin qırılması artmaqdadır. Amazonda fəaliyyət göstərən firmalar torpaqları və çayları zəhərləməklə, yerli icmaların yaşayış yerlərini məhv etməkdə günahlandırılır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər