“Hazırda Ukraynada atəşkəs Rusiyanın ərazi qazanclarını təmin etmək demək olacaq”.
Teleqraf.com xəbər verir ki, Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi münaqişənin sülh yolu ilə həlli ilə bağlı Çinin təklif etdiyi planı belə şərh edib.
“Fikrimizcə, indi atəşkəs Rusiya tərəfindən BMT Nizamnaməsinin növbəti dəfə pozulması, Rusiyanın “yeni əraziləri”nin tanınması demək olacaq”, - Kirbi bildirib.
Onun sözlərinə görə, Moskva atəşkəsdən yenidən toparlanmaq, mövqelərini gücləndirmək və növbəti hücum üçün istifadə edəcək.
Kirbi qeyd edib ki, ABŞ bunun Ukraynanın maraqlarını ehtiva etməli olan ədalətli və davamlı sülhə gətirib çıxaracağına inanmır.