22 Mart 2023 16:54
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Sol Partiyasının deputatı Sara Vaqenknext Böyük Britaniyanın tükənmiş uranın Ukraynaya verilməsi qərarını “cinayət” adlandırıb və rəsmi Berlini bu məsələdə dəqiq mövqe tutmağa çağırıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, deputatın sözlərinə görə, tükənmiş uran mərmilərindən istifadə ətraf mühiti çirkləndirir və mülki əhali və hərbçilər arasında xərçəngə səbəb olur.

"Almaniyanın Federal hökumətini bu məsələdə mövqe tutmağa çağırıram" - deyə Vaqenknext öz tvitter səhifəsində yazıb.

Qeyd edək ki, martın 21-də Britaniya müdafiə nazirinin müavini Annabelle Qoldi elan etdi ki, “Challenger 2” döyüş tanklarından ibarət eskadrilya ilə yanaşı, Böyük Britaniya Ukraynanı tükənmiş uran sursatları ilə təmin edəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər