Türkiyədə seçicilərin 47%-dən çoxu qarşıdan gələn seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, “Hürriyet” “Optimar” tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələri paylaşıb. Sorğu martın 13-dən 18-dək 1916 respondent arasında aparılıb.
Nəticələrə görə, Prezidentin əsas rəqibi Kamal Kılıçdaroğlu seçkilərdə 45,3% səs toplayacaq.