Rusiya Gürcüstana taxıl ixracını azaldıb.
Teleqraf.com-un “Georgia online” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Bank və maliyyə” qəzeti yazıb.
“Rusiya bir sıra ölkələrə, o cümlədən Gürcüstana taxıl ixracını məhdudlaşdırıb”, – deyə məqalədə qeyd olunub.
Yazıda bildirilir ki, Gürcüstanın taxıl idxalının 90 faizi Rusiyanın payına düşür.
Gürcüstanın Dənli Bitkilər Assosiasiyasının sədri Levan Silqadze bildirib ki, buğda çox bahalaşmayıb. Onun sözlərinə görə, buğdanın 1 tonu hazırda 280 dollara satılır: “Ölkənin iki aylıq taxıl ehtiyatı var. Sonra nə olacağı isə dünyadakı proseslərdən asılıdır”.