30 Dekabr 2014 00:19
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya böhranının həlli üçün Suriya hökuməti və müxalif qruplar 22-26 yanvar tarixlərində Moskvada bir araya gələcək.

Axar.az xəbər verir ki, Rusiya ilə müxalif qruplar arasında artıq razılıq əldə olunub. Razılığa əsasən, müxalif qruplar yaxın günlərdə Suriyada keçid hökuməti quracaq. Yeni hökumətin prezident və parlament seçkilərinə qədər ölkəni idarə edəcəyi bildirilir.

Rusiya mətbuatında yer alan xəbərlərə görə, keçid hökuməti rəhbərliyi İstanbulda yerləşən Suriya Müxaliflər və İnqilabçı Qüvvələr Milli Koalisiyası və Suriya mərkəzli Milli Koordinasiya Komitəsi arasında yaradılacaq.

Razılaşmaya görə, iki müxalif cəbhə ortaq bir sənəd imzalayacaq və hərbi şuranın yaradılması üçün səy göstəriləcək. Koalisiya hökumətinin əsas vəzifəsi "şəffaf prezident seçkiləri" keçirmək və yeni parlamentin toplanmasını təmin etmək olacaq.


Müəllif:

Oxşar xəbərlər