ABŞ-ın bir neçə ştatında tüğyan edən və tornado ilə müşayiət olunan fırtına nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Məlumata görə, 8 ştatı bürümüş təbii fəlakət nəticəsində yaşayış binaları, bir sıra infrastruktur obyektləri, o cümlədən məktəb, kilsə və teatr dağılıb.
Ən çox ölənlər Arkanzas, İndiana və Tennessi ştatlarında qeydə alınıb.
Daha əvvəl CNN təbii fəlakət qurbanlarının 22 olduğunu bildirib.