Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24-25-də Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək və Təhlükəsizlik Şurasının iki iclasına sədrlik edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza jurnalistlərə açıqlamasında deyib.
BMT Təhlükəsizlik Şurasına sədrliyi Mozambikdən alan Rusiyanın BMT-dəki səfiri Vasili Nebenza aprel ayı ərzində TŞ-nin gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.
Səfir bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi Rusiya TŞ-də sədrliyi peşəkar şəkildə həyata keçirməyi planlaşdırır.