4 Aprel 2023 16:32
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın ölkəsindəki səfiri Ceff Fleykə reaksiyasına Yunanıstan mətbuatında geniş yer verilib.

Teleqraf.com xəbər verir ki, yunan nəşrləri ABŞ-ın Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə müdaxilə ehtimallarına diqqət çəkib.

“Etnos” qəzeti Türkiyədəki seçki atmosferi ilə bağlı belə yazıb:

“Türkiyədə qarşıdurma ən kəskin həddə çatıb. Ərdoğan Kılıçdaroğlunu ABŞ-la eyni tərəziyə qoyur”.

“To Vima” qəzeti də seçkidən əvvəl fəallaşan ABŞ-ın Türkiyə liderinin qəzəbinə tuş gəldiyini bildirib: “Ərdoğan ABŞ-a qarşı: Güclü bir dərs vermək üçün məni seçin”.

Yunan nəşri Ərdoğanın son sözləri ilə amerikalı həmkarı Co Bayden və ABŞ-a atəş açdığını qeyd edib.

“Vima” Ərdoğanın çıxışını “şiddətli hücum” adlandırıb.

Yunanıstanın ən məşhur internet saytlarından biri in.gr isə belə yazıb:

“Müdafiə naziri Panayotopulos “Türkiyə ilə bağlı hədəf - seçkilərə qədər sakitlik” deyir. Artıq Ankara ilə Afina arasında iqlim dəyişib”.

Prezident Ərdoğan ABŞ səfirinin CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşünə belə təpki vermişdi:

“Bu seçkilərdə Amerikaya dərs verməliyik. Baydenin buradakı səfiri nə işlə məşğuldur? Gedib Bay Kamalı ziyarət edir. Ayıbdır, bir az başınızı işlədin. Siz səfirsiniz. Burada sizin həmsöhbətiniz prezidentdir”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər