İsrail Müdafiə Ordusu (İMO) Fələstinin HƏMAS hərəkatının Livandakı hədəflərinə hücum etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat qurumun teleqram kanalında yer alıb.
“Ordu Livanın cənubunda HƏMAS terror təşkilatına məxsus terror infrastrukturu da daxil olmaqla hədəflərə zərbələr endirib. Ordu HƏMAS-ın Livan ərazisindən fəaliyyət göstərməsinə icazə verməyəcək və öz ərazisindən gələn hər atəşə görə məsuliyyəti Livanın üzərinə qoyur”, - İMO-nun mətbuat xidməti qeyd edib.